Gəncədə xəstəxanada yanğın; 1 nəfər həyatını itirib

Bu gün Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verib. İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə və ardınca yanğının baş verməsi müəyyən edilib. Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Ölən şəxsin reanimasiyada müalicə alan xəstə olduğu bildirilir. Təhlükəsizlik məqsədi ilə xəstəxana təxliyə edilərək boşaldılıb.

 Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.