Din Liren şahmat tacı uğrunda görüşdə hesabı bərabərləşdirib

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

Operativtv.com Reporta istinadən məlumatına görə, 12-ci qarşılaşma Lirenin qələbəsi ilə yekunlaşıb.

31 yaşlı qrossmeyster ağ fiqurlarla 38-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Liren bu qələbədən sonra ümumi hesabı yenidən bərabərləşdirib - 6:6.

Qeyd edək ki, şahmatçılar arasında daha iki görüş olacaq.