Cümhuriyyət günü niyə hiss olunmur?

Azərbaycan tarixinin şanlı səhifəsidir Cümhuriyyət. Şərqin ilk demokratik dövlətinin əsası məhz növbəti ildönümü qeyd olunan 28 mayda cümhuriyyətin elanı və təsdiqi ilə tarixə yazıb. Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi ilə Azərbaycanın cümhuriyyət tarixinin sonsuz əhəmiyyətini təsdiqləyə bilər. Bu gün Qarabağın azadlığı tarixi, bir zamanlar Qarabağı da Azərbaycanın ərazisi olaraq rəsmi dövlət kimi tanıdan məhz cümhuriyyət tarixidir. Bir sözlə bu günün varisi olan bütün əhəmiyyətli addımlar öz mənbəyi və mənşəyi olaraq Azərbaycan Cümhuriyyət tarixinə borucludur.

Lakin artıq ərəfəsində olmasına baxmayaraq ölkədə cümhuriyyət günü təqvimin qırmızı rəngindən başqa xüsusi bir dəyərlə özünü göstərə bilmir. Bir az da aydın söylənilərsə hazırkı hakimiyyətin cumhuriyyəti onun liderlərinin xəyanət səhifələrinə çəkməklə cansızlaşdırması bu günün mənzərəsini yaradıb. Sönük, donuq, yalnız video roliklər səviyyısində bir cümhuriyyət günü yaşayır xalqımız. Hansı ki, iki həftə öncə Heydər Əliyevin doğum günü ərəfəsi, bayram tədbirləri, əfv sərəncamı hakimiyyətin istəyi olarsa bayramların qeyd olunmasında lazımı addımı ata biləcəyini göstərirdi. Görünür cümhuriyyətin cansız bir təqvim bayramına çevrilməsi fonunda hakimiyyətin maraq çərçivələrini bəzəyən bayram ruhu xalqı yox elə hakimiyyətin marağı olaraq minlərcə icra olunan addımlardan fərqli deyil.

Cümhuriyyət öz milli kimliyiini qoruyacaq. Necə ki, bütünlükdə sovetlərin bunu unutdurma cəhdinə baxmayaraq bu günə qədər qoruya bilib. Cümhuriyyət gününüz mübarək.