28 May-Müstəqillik Günü ərəfəsində əfv sərəncamının imzalanması ehtimalı aşağıdır
Son illər ardıcıl olaraq 28 May-Müstəqillik Günü ərəfəsində əfv sərəncamı imzalanır. Prezidentin iradəsinə bağlı olan bu qərarın verilmə ehtimalı bu il çox da real görünmür. Buna səbəblərdən biri 2025-ci il, dekabrın sonunda Milli Məclis tərəfindən Amnistiya Aktının qəbul edilməsidir. Amnistiya aktının icrasına 4 ay vaxt ayrıldı və bu proses aprelin sonunda başa çatdı. Eyni vaxtda amnistiya və əfv kimi iki oxşar hüquqi mexanizmin paralel tətbiqi praktiki və hüquqi baxımdan icrası çətindir.













