24 March 2026

Azərbaycan millisi Bolqarıstanla heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb.

B liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə penaltini qola çevirə bilib.

Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var

Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbəsi endirib.

Paytaxt Kiyev şəhərində də gecə saatlarında partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Hava hücumu zamanı dron, ballistik və qanadlı raketlərdən istifadə edilib. Zaporojyeyə 6 dron və 5 raketlə zərbə endirilib. Nəticədə 20 çoxmərtəbəli bina, fərdi ev və yanacaqdoldurma məntəqəsi zədələnib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

ABŞ-İsrail Türkiyənin qaz təchizatını pozdu

İsrailin Cənub Pars qaz yatağına endirdiyi zərbələrdən sonra İran Türkiyəyə qaz tədarükünü dayandırıb.

“Bloomberg”in yaydığı məlumata görə, Türkiyə qaz ehtiyacının təxminən 14 faizini İran vasitəsilə qarşılayırdı. Lakin ölkə bu çatışmazlığı qısa müddətdə Rusiya və Azərbaycan qazı, eləcə də mövcud ehtiyatlar hesabına aradan qaldıra bilər.

Hazırda İranın qaz ixracını nə qədər müddətə dayandıracağı ilə bağlı dəqiq məlumat yoxdur

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

Ayətullah Məhəmməd Rza Sistaninin Doktor Əli Laricaninin şəhadəti ilə bağlı başsağlığı mesajı yayımlanıb

Ayətullah Məhəmməd Rza Sistani Doktor Əli Laricaninin şəhadəti ilə bağlı başsağlığı mesajı yayıb.

Mesajda deyilir:

Rəhman və Rəhim olan Allahın adı ilə

“Şübhəsiz ki, biz Allaha məxsusuq və Ona qayıdacağıq.”

Hörmətli Hüccətül-İslam Şeyx Məhəmməd Rza Laricani, uğurlarınız davam etsin.

Sizə salam olsun və Allahın rəhməti və bərəkəti olsun.

Kolumbiyada 100-dən çox hərbçini daşıyan təyyarə qəzaya uğrayıb, azı 66 nəfər ölüb

Kolumbiyanın cənubunda, meşəlik ərazidə "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub, daha 57 nəfər isə xəsarət alıb.

Bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə telefonla verdiyi müsahibədə bildirib.

İran Bəhreyndəki Amerika Patriot sistemini ciddi şəkildə zədələnib

İranın Bəhreyndəki hədəflərə endirdiyi zərbələr nəticəsində Amerika Patriot sisteminin elementləri ciddi şəkildə zədələnib.

"Military Watch" jurnalı xəbər verir ki, məhv edilmiş “Patriot” sisteminin komponentləri Bəhreynin Riffa hava bazasında yerləşirdi.

Bildirilir ki, zərbələr nəticəsində obyektdəki iki möhkəmləndirilmiş sığınacaq da zədələnib.

Saxlanılan andan ailəsi ilə əlaqə qura bilməyən inanclının durumundan anası narahatdır

İnanclı Əlikiram Namazovun saxlanılan andan ailəsi ilə əlaqə saxlaya bilməməsi yaxınlarında ciddi narahatlıq yaradıb. Anası bununla bağlı Penitensiar Xidmətin qaynar xəttinə zəng vurub və onlar ananı Əlikiramın saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasına yönəldiblər. Martın 23-də təcridxanadan anaya oğlunun gün ərzində onlara zəng vuracağını desələr də bu baş verməyib.