01 March 2026

İranı İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib, 6 nəfər ölüb

İranı İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib, 6 nəfər ölüb

İranın İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirməsi nəticəsində 6 nəfər ölüb.

Bu barədə İsrail mediası məlumat yayıb.

İndiyə qədər xəstəxanalara 23 yaralı gətirilib. Yaralılardan ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağırdır. 18 nəfər yüngül xəsarət alıb.

Perinçek: “İrana hücum Türkiyəyə hücumdur”

Vətən Partiyasının lideri Doğu Perinçek ABŞ-İsrail hücumu ilə bağlı açıqlamalar verib.

Vətən Partiyasının lideri Doğu Perinçek ABŞ və İsrailin İrana birgə hücumu ilə bağlı açıqlama verib. Perinçek İrana hücumu Türkiyəyə hücum kimi qiymətləndirib və hökuməti tarixi məsuliyyətini yerinə yetirməyə çağırıb.

 

“İranın Müqaviməti region ölkələri və bəşəriyyət üçündür”

Klintonlar “Epşteyn işi”nə görə Konqresmenlər tərəfindən dindirilib

ABŞ-nin keçmiş prezidenti Bil Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton "Epşteyn işi" üzrə Konqresin Nəzarət Komitəsinin üzvləri tərəfindən dindirilib. 

Dindirilmə Klintonların yaşadığı Nyu-York ştatının Vestçester əyalətində, mətbuata qapalı şəkildə baş tutub. 

Fevralın 27-də dindirilən B.Klinton komitə önündə verdiyi müdafiə nitqini ictimailəşdirib. 

Ayətullah Nuri Həmədaninin başsağlığı mesajı

Ayətullah Hüseyn Nuri Həmədani İran İslam İnqilabının Ali Lideri Əli Xameneinin şəhadətindən sonra bir mesaj yayımlayaraq, bu böyük itkiyə görə Həzrətləri Bəqiyyəyə və bütün İslam ümmətinə başsağlığı verib.

Mesajın mətni belədir:

Rəhman və Rəhim olan Allahın adı ilə

“Möminlərin bəziləri Allahla bağladıqları əhdə sadiq olan insanlardır; bəziləri dünyasını dəyişib, bəziləri isə o anı gözləməkdədirlər.”

“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində milli komandanın aktivinə daha bir qızıl medal yazdırıb.

Məlumata əsasən, 81 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli karyerasında ilk dəfə analoji yarışda çempionluq sevinci yaşayıb. Cüdoçu finala gedən yolda Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan təmsilçilərini mübarizədən kənarlaşdırıb, həlledici qarşılaşmada isə Rusiya idmançısı Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

İslam İnqilabının Ali Dini Lideri Ayətullah Xamenei şəhid oldu

“Biz Allaha məxsusuq və Ona doğru qayıdacağıq!” (Bəqərə, 156)

“Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!” (Ali-İmran, 146)

İran rəsmi mediası İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin həyatını itirdiyini təsdiqləyib.