04 June 2024

Növbəti İsrail səfirliyinə molotof hücumu gerçəkləşib

İsrailin Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyinə molotof kokteyli ilə hücum olub. Suriyalı olduğu iddia edilən şəxs saxlanılıb.

İsrail Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Rumıniyanın paytaxtı Buxarestdəki İsrail səfirliyinə molotof kokteyli atıldığını açıqlayıb. Nazirlikdən bildirilib ki, hadisə nəticəsində dağıntı və insan tələfatı olmayıb.

Hakan Fidan: Biz BRİKS-ə qoşulmaq istəyirik

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəliyində Misirin xarici işlər naziri Samih Şükri ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib. O, Çində keçirdiyi görüşlərdə Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini və bu təşkilatın AB-yə yaxşı alternativ ola biləcəyini açıqlayıb.

Yəmən: Uzun mənzilli “Fələstin” raketi ilə Eylat limanını hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Seri sionist rejimə qarşı yeni hərbi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəhya Səri bazar ertəsi axşam sionist rejim və onun havadarlarına qarşı yeni hərbi əməliyyatın həyata keçirildiyini açıqlayıb.

Ayətullah Xomeyninin vəfatından 35 il keçir

Bu gün İslam İnqilabının banisi, İmam Xomeyninin vəfatının 35-ci ildönümüdür.

 Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir.

Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir.

Təcridxanada Akif Qurbanovu və digər məhbusları təhdid edirlər

Respublika III Platforması bəyanatla çıxış edərək 1 saylı Bakı İstintaq Təcridxanasında bu təşkilatın lideri Akif Qurbanova qarşı təhdidlərdən bəhs edib.

Əsasən  deyilir ki, yüksək vəzifəli dövlət məmuru təcridxanaya gələrək Qurbanovdan dövlət başçısının ünvanına  ittiham dolu çıxışını dayandırmağı tələb edib. Əks təqdirdə, Qurbanovu işgəncə ilə təhdid ediblər.

Hərbi məhkəmə "Tərtər işi"nin qurbanlarına işgəncə verməkdə ittiham olunan digər dörd nəfərin barəsində hökm çıxarıb

İyunun 4-də Bakı Hərbi Məhkəməsində dörd hərbçinin-Ruslan Mikayılov, Kənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin işi üzrə proses başa çatıb. Tərtər, Ağdam və Beyləqan rayonlarında hərbi hissələrdə xidmət edən bu hərbçilər "Tərtər işi"nin qurbanlarına qarşı cinayət törətməkdə ittiham olunurdular.

İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb

Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan altı əsgəri zərər çəkib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər qazdan zəhərlənərək ölüb

İyunun 3-də Bakıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdiriib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bildirib ki, ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.

Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xana dövlət sirlərinin sızdırılması işi üzrə bəraət verdi

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və onun xarici işlər naziri Şah Mahmud Qureşinin dövlət sirləri ilə qanunsuz davranış barədə məhkəmə hökmünü ləğv edib.

Amerikanın Səsinin müxbirinin bazar ertəsi şahidi olduğu qısa şifahi ifadədə ali məhkəmənin iki üzvü Xan və Quresinin bəraətlərini elan edərək onların apellyasiya şikayətlərini təmin edib.