03 June 2024

İsrail: ABŞ-ın Qəzza planı yaxşı anlaşma deyil, amma biz hər halda onu qəbul etdik

Baş nazir Benyamin Netanyahunun köməkçisi İsrailin ABŞ prezidenti Baydenin təklif etdiyi Qəzzada atəşkəs rejimini qəbul etdiyini təsdiqləyib. Plan İsrailin ifrat sağçılarının şiddətli müqaviməti ilə üzləşdi və köməkçi təklifi “yaxşı razılaşma” adlandırdı.

Hədəf İslamdır. 3-cü hissə İslamın hədəfə alınma səbəbi

Əlbəttə, sadalanan məqamların diqqətə çəkilməsi yaranan gərginliklər fonunda aktuallıq daşınması üçün qeyd edilsə də, əslində islam toplum olaraq bütün insanlıq mövzusuna cavab verdiyi üçün o yuxarıda qeyd edilən maddələrlə yekunlaşa bilməz. Bununla belə, son dövrlər daxili və xarici narahat qüvələrin hədəflədiyi İslamın əslində onları narahat etmə amilinə diqqət edincə məhz bu nöqtələrdə əks olunan əsasların varlığına dözümsüzlük tərəflərin etiraz həddinə qədər yüksəlmə amili olaraq özünü aydın göstərir.

Almaniyada İslam əleyhinə nümayiş zamanı bıçaqlanan polis məmuru ölüb

Hücum nəticəsində Almaniyada radikal İslam əleyhinə kampaniya qrupu olan Pax Europa-nın təşkil etdiyi mitinqə qatılan 5 nəfər yaralanıb. Almaniyada anti-islam aksiyası zamanı hücum zamanı çoxsaylı bıçaq zərbələri alan 29 yaşlı polis məmuru isə dünyasını dəyişib.

Cümə günü Almaniyanın cənub-qərbindəki Mannheim şəhərinin bazar meydanında bıçaqla silahlanmış şəxs hücum edərək bir neçə nəfəri yaralayıb.

ABŞ və Aİ-nin bütün təzyiqlərinə baxmayaraq Gürcüstanda Xarici Agent Qanunu qüvvəyə minir

Gürcüstanda müzakirələrə və etirazlara səbəb olan "xarici agent" qanunu olaraq bilinən "Xarici təsirin şəffaflığı" qanunu ABŞ və Avropa İttifaqının (Aİ) bütün təzyiq və sanksiya təhdidlərinə baxmayaraq qüvvəyə minib.

Sputnik-in məlumatına görə, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili xarici agentlər haqqında qanunu imzaladığını və onlar prezident Salome Zurabişvilinin vetosunu ləğv edərək qəbul etdiklərini açıqlayıb.

Türkiyədə illik inflyasiya 74,9%-ə çata bilər

Türkiyədə illik inflyasiya may ayında təxminən 75 faizə çata bilər ki, bu da son 18 ayın ən yüksək göstəricisidir.

Bu barədə “Dünya” qəzeti yazıb.

Türkiyə Statistika İnstitutunun rəsmi məlumatına görə, bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da ölkədə may ayı üçün illik inflyasiya ilə bağlı təqdimat keçirilməsi planlaşdırılır.

Bu gün İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması başa çatır

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatır.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Təsnim” yayıb.

Bildirilib ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib

Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.

Unikal Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.

O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı daha iki hərbçi həbs edildi

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib.

Maldiv adalarından İsrail qərarı; Onların ölkəyə girişinə qadağa qoyulub

Maldiv hökuməti İsrailin Qəzza zolağına hücumları səbəbindən israillilərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Uşaq qatili işğalçı İsrailin Qəzza zolağına hücumları 241 gündür davam edərkən, Maldiv adaları hökuməti israillilərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.