02 June 2024

Hizbullah İsrailin Qolan təpələrindəki hərbi bazasına hücum edib

Livan Hizbullah Hərəkatı İsrail ordusunun Qolan təpələrindəki hərbi bazasını hədəfə alıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, Hizbullah Hərəkatı Livanın cənubundan İsrailin işğal etdiyi Qolan Təpələrində yerləşən hərbi bazanı silahlı pilotsuz uçuş aparatları (PUA) ilə vurub.

On minlərlə israilli yenidən küçələrdədir

Netanyahu hökumətinə qarşı hər şənbə günü keçirilən və İsrailli məhbusların gətirilməsinə dair razılaşmanın imzalanması çağırışının edildiyi etirazlar bu həftə də geniş iştirakla davam edib.

Başda paytaxt Təl-Əviv və Qərbi Qüds olmaqla bir çox fərqli yerdə nümayişlər keçirilib.

Təl-Əvivdəki etirazların ünvanı polisin dəmir baryerlərlə bağladığı Kaplan küçəsi olub ki, bu da Netanyahu hökumətinin məhkəmə qaydalarına qarşı keçirilən nümayişlərin simvoluna çevrilib.

Kətaibi-Seyyidüş Şühəda: İraq İslami Müqaviməti əməliyyatların yeni mərhələsinə başlayır

İraqın Kətaibi Seyyiduş Şühəda Hərəkatının baş katibi İsrailin hücumlarına reaksiya olaraq İraq İslami Müqavimətinin ABŞ və sionistlərin Qəzzanın işğalı hədəflərinə qarşı əməliyyatının yeni mərhələsinin yaxın günlərdə başlayacağını bildirib.

İraq Seyiduş-Şühəda Hərəkatının baş katibi Əbu Əla əl-Vəlayi mövzu ilə bağlı bunları söyləyib: “İraq İslami müqavimət fəaliyyətinin üçüncü mərhələsi tezliklə başlayacaq və istifadə etdiyimiz qabaqcıl silahlar düşməni heyrətə salacaq.