Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşdə (P2) ikinci yeri tutub.

Millinin digər üzvü Yelena Taranova da finala vəsiqə qazanıb və yarışı 5-ci yerdə başa vurub.

Qeyd edək ki, turnir 17-29 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.