Azərbaycan karateçiləri Avropa Çempionatında uğurla çıxış edib

Karateçilərimiz Bolqarıstanda keçirilən Avropa Çempionatında uğurla çıxış ediblər. Səfərə 50-yə yaxın idmançı ilə yollanan seçməmiz aktivinə 68 medal yazdırıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, təmsilçilərimiz yarış çərçivəsində bütün yaş qruplarında bir neçə növdə qüvvələrini sınayıblar. Ötən ilin sentyabrında Çexiyada reallaşan Dünya Çempionatında qızıl medal qazanan Ülvi Məmmədov bu dəfə qitənin ən güclüsü olub. Təmsilçimiz ağırlığı 84 kq-dan yuxarı olan idmançılar arasında rəqib tanımayıb.

Tahir Ələkbərov gənclər arasında fəxri kürsünün zirvəsinə qalxıb. O, 70 kq-da qılız medalı boynundan asıb.

Bolqarıstanda himnimizi yeniyetmə karateçilərimiz də səsləndiriblər.

Qeyd edək ki, Avropa Çempionatında 18 ölkənin 1000-dən çox idmançısı qüvvəsini sınayıb. 35 qızıl, 15 gümüş və 18 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında 2-ci olub.