Azərbaycan İsraili Qəzzada qətliamlar törətməkdə günahlandıraraq Birləşmiş Millətlər Təşkilatına təcili sessiya çağırmaq üçün müraciət edib. Müraciət qəbul olunub. Bu barədə AzerPress Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur:
— Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının prezidenti Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə məktub göndərib.
Məktubda Azərbaycanın “növbədənkənar sessiya” çağırışının qəbul edildiyi bildirilib.
Müvafiq olaraq, bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-yə üzv olan 120 ölkə, 18 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatın iştirakı ilə Baş Assambleyanın xüsusi sessiyası keçiriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.
Time TV
Azərbaycan İsraili Qəzzada qətliamlar törətməkdə günahlandıraraq BMT-yə təcili sessiya çağırmaq üçün müraciət edib