Ayətullah Xamenei Həzrət Zəhranın (s.ə) mübarək mövludu ərəfəsində ölkənin ziyalı xanımları ilə görüşüb

Operativtv.com Maide-yə istinadən xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər ilk öncə xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibətilə iştirakçı qadınları, həmçinin müsəlman qadınları təbrik edib. Ali Rəhbər bildirib ki, qadın məsələsində bizim mövqeyimiz Qərbin ikiüzlü iddiaçılarına qarşı tələb mövqeyidir. Müasir Qərb qadın məsələsində günahkar və təqsirkardır. Onlar cinayət törətmişlər.
"Qadın məsələsində ikiüzlü Qərb iddiaçılarına qarşı mövqeyimiz müdafiə mövqeyi deyil, tələb mövqeyidir. Bir dəfə, illər əvvəl universitetdə tələbələr məndən soruşdular ki, filan hadisədə özünüzü necə müdafiəniz edərsiniz? Dedim ki, müdafiə mövqeyindən yox, hücum mövqeyindən çıxış edərəm. Qadın məsələsi də belədir; dünya günahkardır. Dediyim dünya Qərb dünyası, Qərb fəlsəfəsi və mövcud Qərb mədəniyyətidir. Əlbəttə, müasir Qərb! Öz ifadələrilə desək, modern Qərb! Mənim tarixi qərblə işim yoxdur. O, başqa bir predmetdir. Müasir Qərb dedikdə, ötən 200 ildən indiyə kimi, onlar həyatın bütün sahələrində fikrini bildirib. Biz onlara qarşı tələb edirik. Onlar günahkar və təqsirkardırlar. Həqiqətən də zərbə vurub və cinayət ediblər."
Ali Rəhbər qeyd edib ki, ona görə də söhbətimiz müdafiə xarakterli deyil, islami fikir və əqidə ifadəsi yönündədir, islami mövqedir. "Hətta ümid edirəm ki, qadın məsələsilə bağlı qaldırdığımız bu tələbər və sizin bəyan etdiyiniz bu məsələlər haqqında, Allaha şükürlər olsun, görürəm ki, kifayət qədər məlumatlısınız. Sizin kimilər bunları təkrarlamalı və dilə gətirməlisiniz. Ümid edirəm ki, ümumi qərb düşüncəsinə təsir göstərə biləcəksiniz! Həqiqətən də, onların qadınları əziyyət çəkirlər. İndiki qərb qadın cəmiyyəti bəzi hallarda şüursuz, bəzi hallarda isə şüurlu şəkildə əziyyət çəkir. Onlara da təsir göstərmək mümkündür."
Ali Rəhbər çıxışının digər bir hissəsində bildirib ki, cihad həm qadınlara, həm də kişilərə vacibdir, lakin kişinin cihadı ilə qadının cihadı bir-birindən fərqlənir. Səkkizillik müdafiə dövründə qadınlara da vacib idi. Onların öhdəlikləri var idi və öz öhdəliklərini yaxşı yerinə yetirdilər.
Ali Rəhbər bildirib ki, Qərb kapitalizminə görə, kişilər qadınlardan üstündür. Çünki insanların mövqeyini kapital müəyyənləşdirir və kişilər iqtisadi və kommersiya idarəçiliyinə malikdirlər. "Qərbdə qadınların azadlığı məsələsi daha aşağı maaşlı fabriklərdə onlardan istifadə etmək üçün qaldırıldı."
Ayətullah Xamenei bildirib ki, Qərblilərin son həyasızlığı ondan ibarətdir ki, qadınların köləliyi və cinsi ticarətin, eləcə də, homoseksuallığın qanuniləşdirilməsi kimi məsələlərin mövcudluğuna baxmayaraq, onlar qadın hüquqlarının bayraqdarı iddiasındadırlar.
Ayətullah Xamenei bildirib ki, adam ötən illərdə qərb ölkələrində qadınlar arasında baş verən və cinsi təcavüzlərin adını çəkməyə utanır. "Onlar bütün bunlarla yanaşı deyirlər ki, biz qadın hüquqlarının müdafiəçisiyik. Qərblilərin təqvasız dililə qadın azadlığı deyiləndə, bu nəzərdə tutulur. Bu, azadlıq deyil, əsarət və hörmətsizliyin özüdür.
"Odur ki, bu gün qərb mühitində seks alveri və cinsi köləlik olduğunu görürsən. Bütün əxlaqi və insani sərhədləri aşıb, bütün dinlərdə haram olan şeyləri adət-ənənəyə çevirib qanuniləşdirirlər. Homoseksuallıq təkcə İslamda yox, bütün dinlərdə böyük günahlardandır. Onlar bunu qanuniləşdirir, heç utanmırlar da!"