Atıcımız isenziya turnirində finala yüksəldi

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya təsnifat turnirində finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xal qazanaraq buna nail olub.

Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib gələrsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.