Antiterror reydləri zamanı İŞİD-in 11 döyüşçüsü öldürülüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Əfqanıstan Talibanının cümə axşamı xüsusi təyinatlı qüvvələrinin İŞİD qruplaşmasının Kabildə və ölkənin digər yerlərindəki sığınacaqlarında gecə ərzində keçirdiyi reydlər zamanı İŞİD-in 11 döyüşçüsünün öldürüldüyünü, 7-nin əsir götürüldüyünü bildirib.

Taliban sözçüsü Zabiulla Mücahid verdiyi açıqlamasında militantların Əfqanıstanın paytaxtındaki Çin vətəndaşlarının qaldığı mehmanxanaya və Pakistan səfirliyinə silahlı hücumlar, eləcə də şəhərin hərbi hava limanındaki intiharçı hücumu da olmaqla, son hücumların təşkilində əsas rol oynadığını iddia edib.

Çərşənbə günü keçirilən reydlərin təfərrüatlarıdan danışan Mücahid cənub-şərqdəki Nimroz vilayətinin paytaxtına istinad edərək, "Təhlükəsizlik qüvvələri Kabil və Zərəncdə İŞİD-ə aid üç sığınacağı məhv edib" deyib.

"Ölənlər arasında İŞİD-in xarici üzvləri də olub" deyən Mücahid əlavə edib ki, militantların xaricdəki şəbəkəsi "İslam Dövləti Xorasan"ın üzvlərinin Əfqanıstana köçürülməsində də iştirak edib.

"Təhlükəsizlik qüvvələri tərəfindən çox sayda atıcı silah, əl qumbarası, minalar, intiharçı jiletləri və partlayıcı maddələr ələ keçirilib. Bir neçə şübhəli də əlavə araşdırmalar üçün nəzarətə götürülüb" - deyə, Mücahid bildirib. Amerikanın Səsi iddiaları müstəqil şəkildə yoxlaya bilməyib.

Talibanın sözçüsü bildirib ki, Pakistanla həmsərhəd şərqi Nanqarhar vilayətində keçirilən başqa bir reyd zamanı əsas komandir də daxil olmaqla, "İslam Dövləti Xorasan"ın üç döyüşçüsü öldürülüb.

Dekabrın 12-də Kabilin "Longan" mehmanxanasına hücum nəticəsində bir neçə Taliban qüvvəsi ölüb və ya yaralanıb. Çin isə beş vətəndaşının yaralandığını təsdiqləyib.

Pakistan dekabrın 2-də İslamabadın Əfqanıstanın paytaxtındakı səfirliyinə hücumun məqsədinin Pakistanın bu ölkədəki baş diplomatı Ubeyd Ur Rəhman Nizamaniyə qarşı sui-qəsd olduğunu bildirib. Nizamani atışma zamanı heç bir xəsarət almasa da, onun pakistanlı mühafizəçisi yaralanıb.