Abzas Media ailəsinin daha bir üzvü saxlanılıb. Online medianın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bu səhər xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb. Redaktoru təyyarədə saxlayan mülki geyimli polis işçiləri daha sonra onun elektron cihazları (telefon, nodbuk) ilə bağlı Sevinc xanımla birlikdə uçuş edən hüquqşünas Sübhan Həsənli və Əbülfəz Qurbanlı axtarışa cəlb edilib. Lakin onlarda Vaqifqızına aid hər hansı bir əşya müəyyən edilməyib.
Bu dəqiqəyə qədər vəkili Elçin sadiqli ordeninin olmasına baxmayaraq müvəkili ilə görüçə bilmədiyini deyib. Son məlumatlara görə baş redaktorun yaşadığı evin qarşısında polislər duraraq gediş-gəlişi məhdudlaşdırıb. Sevinc Vaqifqızını baxış üçün evinə gətirdikləri bildirilir.
Azərbaycanın rəsmi hüquq mühafizə orqanları hələlik bununla bağlı rəsmi açıqlama verməyib.
“Abzas Media” onlayn medianın direktoru Ülvi Həsənliyə ittiham elan edilib. Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham elan edilib. Onun barəsində şübhəli şəxs kimi tutulma elan edilib. Indi onu müvəqqətii saxlama təcridxanasına aparırlar”, Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib.
Vəkil deyib ki, ittihamın mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxslə ölkəyə qanunsuz yolla valyuta keçirməkdir. O, Ülvi Həsənlinin ofisində və evində axtarış aparıldığını deyib. "Həsənlinin ofisindən 40 min avro aşkar edildi. Evindən heç nə aşkar edilmədi," Zibeydə Sadıqova deyib.
Vəkilin sözlərinə görə, Ülvi Həsənli özünü təqsirli bilmir.
Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı hava limanında saxlanılıb