Ruhani Hacı Əli Əliyevin məhkəməsi başlayır

İlahiyyatçı Hacı Əli Əliyevin (Behişti) məhkəməsi başlayır. Bu barədə ruhaninin yaxınları məlumat verib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək ilk məhkəmə iclası 17 noyabr saat 17:00-a təyin edilib.

 Xatırladaq ki, ruhani Hacı Əli Əliyev bu il aprelin 6-da həbs edilmişdi. O, sayı mini ötən inanclı və ruhanilərin yer alıdığı geniş həbs dalğası çərçivəsində saxlanılmışdı. Ruhaniyə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilmişdi.