Rüfət Səfərov hücuma məruz qalıb

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmsədri, hüquq müdafiəçisi Rüfət Səfərov hücuma məruz qalıb. Bu barədə hüquq müdafiəçisi öz sosial hesabında paylaşım edib. O “İndicə avtomobilə əyləşdiyim zaman bir kişi ustümə hücum etdi, kəllə ilə mənə zərbə endirdi” yazıb. Onun kim tərəfindən və hansı səbəbə hücuma məruz qalması hüquq mühafizə orqanları tərəfindən araşdırılır.