Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirildi

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki tibb müəssisəsində xəstəxanaya yerləşdirilib.

Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Nəşr baş nazirin ofisinə istinadən bildirib ki, "Netanyahu bazar ertəsi axşamı Hadassah Ein Kerem Tibb Mərkəzinə aparılıb".

Məlumatda xüsusi olaraq Netanyahunun hansı səbəbdən xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yer almayıb. Lakin zamanla İsrail başçısının səhhəti ilə bağlı ciddi xəstəliklərin olması ilə xəbərlər mətbuatda yer alır.