Bu gün - qəməri təqvimlə Zilhiccə ayının 8-də Hacc ziyarətini yerinə yetirən zəvvarların Mina vadisinə gedişi tamamlanır.
Tərviyə günü kimi tanınan bu mərhələ hacc ibadətinin əsas hissələrindən biri hesab olunur və müsəlmanlar bu ənənəni Həzrət Məhəmmədin (s) sünnəsinə uyğun şəkildə yerinə yetirirlər.
Səudiyyə Ərəbistanının səhiyyə qurumları hacc mövsümündə epidemioloji vəziyyətlə bağlı məlumat yayıb.
Ərəbistanının səhiyyə naziri Fəhd əl-Cəlacəl bildirib ki, hacc mövsümündə hər hansı epidemiya və ya virus yayılması müşahidə olunmayıb.
Nazir son günlər beynəlxalq müzakirələrdə yer alan Hanta virusu ilə bağlı narahatlıqlara da toxunaraq zəvvarların sağlamlıq vəziyyətinin sabit olduğunu açıqlayıb.
Səhiyyə qurumları zəvvarlara profilaktik tədbirlərə əməl etməyin vacibliyini xatırladıb.
Məlumatda qeyd olunub ki, günəş çətirindən istifadə istilik vurması, susuzlaşma və yüksək temperaturun yaratdığı riskləri azaltmağa kömək edir.
Bildirilir ki, çətir istifadəsi zəvvarın ətraf temperatur hissini təxminən 10 dərəcə aşağı sala bilər və ultrabənövşəyi şüalardan qorunmanı gücləndirir.
Bu il hacc mərasimində iştirak edən xarici zəvvarların sayı ötən ilin göstəricilərini geridə qoyub.
Səudiyyə rəsmilərinin açıqlamasına görə, ölkə xaricindən gələn zəvvarların sayı 1 milyon 518 min nəfəri keçib.
Ötən il isə ümumi həcc iştirakçılarının sayı 1 milyon 673 min nəfərdən çox olub.
Mina mərhələsindən sonra zəvvarlar Ərəfat və Müzdəlifə mərasimlərinə hazırlaşacaqlar.
Səudiyyə Ərəbistanı rəsmiləri bütün mərasimlərin təhlükəsizlik və səhiyyə nəzarəti altında davam etdiyini bildirirlər.
Zəvvarlar Mina vadisinə axın edir