Milyonlarla yəmənli Hz.Peyğəmbərin (s) mövludunu qeyd etdi

Yəmən xalqı əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) mübarək doğum günü münasibəti ilə böyük tədbir həyata keçiriblər.

Milyonlarla yəmənli cümə günü paytaxt Sənada, həmçinin Hudeyda, Səəda, Həccə, İb və digər bölgələrdə bu mövludu böyük coşğu ilə keçiriblər.

Xatırladaq ki, hər il olduğu kimi, bu ildə dünya müsəlmanları Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə keçirməkdədir.