MBH ailəsinin daha bir üzvü, ilahiyyatçı Süleyman Ələkbərov saxlanıldı

Ölkənin həbs dalğası günahsız qurbanlarını azadlıqdan məhrum etməkdə davam edir. Hakimiyyətin hədəfində olan günahsız insanların şərlənərək saxlanılması sırasına bu gün daha bir ilahiyyatçı da əlavə olunub. Bakı sakini ruhani Süleyman Ələkbərov yaşadığı evin yaxınlığında saxlanılıb. İctimai fəallığı ilə tanınan Müsəlman Birliyi Hərəkatının üzvünün sistemləşdirilmiş narkotik ittihamı ilə saxlanıldığı ehtimal olunur. 
Xatırladaq ki, 2023-cü ilin ilk günlərindən ölkədə geniş həbs dalğası Azərbaycan gündəminin əsas mövzusu olub. Xüsusi olaraq inanclıların saxlanılması bu sayın artıq min üzərindən yüksəldiyini söyləyir. İlk öncə saxlanılanlar barəsinə “İran cəsusu” adı altında mətbuatda xəbərlər dolaşsa da, lakin ittiham aktı onları karkotiklərlə bağlı azadlıqdan məhrum edir.