İsrailin milli təhlükəsizlik naziri strateji Fələstin kəndinin sökülməsini təklif edib

Son ayda fələstinlilərə qarşı qalmaqallı addımları ilə yadda qalan İtamar Ben-Qvir fələstinli bədəvilərin yaşadığı “Xan əl-Əhmər” kəndinin sökülməsini tələb edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu barədə Netanyahuya təklif edib.

Əl-Əqsa məscidinə girməklə vəziyyəti daha da gərginləşdirən Ben-Qvirin bu təklifi həyata keçəcəyi təqdirdə regionda yenidən qarşıdurmaların yaşanacağı gözlənilir.

Qeyd edək ki, “Xan əl-Əhmər” kəndi fələstinli bədəvilərin yaşadığı nadir kəndlərdəndir. Bu kənd İordan çayının qərb sahilindəki bölgələri bir-birinə birləşdirən yolun üzərində və Osla anlaşmasına görə “E1” katiqoriyalı ərazilərdə yerləşir.

Bu kənd son illərdə fələstinlilərin mübarizə rəmzlərindən birinə çevrilib.