İran və Küveyt dəniz sərhədini müəyyən etmək üçün danışıqlar aparır

Operativtv.com Sputnik-ə istinadən xəbər verir ki, İran və Küveyt dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar aparır.

Küveytin rəsmi xəbər agentliyi Kuna-nın xəbərinə görə, İran və Küveytin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda görüşüb. Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Udeybi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

İki ölkə arasında dəniz sərhədlərinin cızılması məsələsinin müzakirə olunduğu görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb. Udeybi iki ölkənin siyasi məsləhətləşmə iclası zamanı İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi imkanlarını müzakirə edib.

Sərhədin çəkilişi danışıqlarının Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşma razılaşmasından bir neçə gün sonra baş tutması diqqət çəkib.