Cüdo üzrə dünya çempionatında Azərbaycan finalı olacaq

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ilk günündə iki cüdoçumuz finala çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, oğlanlar arasında -50 kiloqram çəki dərəcəsində yarımfinalda cüdoçularımız Məhəmməd Məmişov gürcüstanlı idmançı Şota Baçoşviliyə, Nihad Məmişov isə qazaxıstanlı idmançı Nurbol Askara qalib gəlib. Cüdoçular finalda bir-biriləri ilə qarşılaşacaqlar.

Final görüşləri saat 18:00-da başlayacaq.