Azərbaycan şahmatçısı Fransa çempionu olub
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.