“Alimlər düşmənin planlarından xəbərdar olmalıdırlar”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri bəzi insanların daxildən İslam ümmətini hədəf almağa və İslamın təhrif olunmuş görüntüsünü təqdim etməyə çalışdıqlarını vurğulayıb.

Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi deyib: “Çünki İslam düşmənləri bütün güc və imkanları ilə hərbi, siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə fəaliyyət göstərirlər.

Onun İslam ümmətini daxildən hədəfə almaq planı var. Amerikada və sionist rejimə bağlı bəzi ölkələrdə bəzi alimlər isə İslamın təhrif olunmuş görüntüsünü təqdim etməyə çalışırlar. İnsanları təqva və sədəqə işlərində əməkdaşlıq etməyə, yoxsullara kömək etməyə yönəltmək lazımdır.

İslam düşmənləri İslam cəmiyyətini dinin əsaslarından uzaqlaşdırmaq və küfrü yaymaq üçün onu fitnə və azğınlığa sürükləməyə çalışırlar. Ümmətimiz düşmənlərin hədəfi olub. Ümmət fitnə və fəsadlara sürüklənməyə çalışır və insanları doğru yola yönəltmək və maarifləndirmək üçün səy göstərmək lazımdır”.