Ukraynanın sonuncu döyüş gəmisi də vuruldu

Ukrayna ordusu Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Donetsk bölgəsində ən şiddətli qarşıdurmaların Avdeyevka bölgəsində olduğu qeyd edilib: "Donetsk, Xarkov və Zaporojye vilayətlərində Ukrayna ordusuna məxsus müxtəlif sursat anbarları və Zaporojyadakı komanda məntəqəsi məhv edilib.

Açıqlamada Rusiya ordusunun Ukraynanın Odessa limanına həyata keçirdiyi hücumla bağlı da məlumat verilib: "Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Yuriy Olefirenko" adlı son döyüş gəmisi Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulub".