Şanlı Müstəqillik günü

Bəşəriyyət dahilərin nurlu düşüncələrinin ziyası altında işıqlnan həqiqət yolunu tanımış, bu yolda irəliləmiş və müvəffəq olmuşdur. Elmin sərhədlərini aşan ziya məfhumu, naliyyəti məhdud kəşflərlə tamamlanan elmin varlığından çox ucadır. Ziya nur, düşüncə azadlığıdır ki, heç bir elm insana bu qədər geniş azadlıq verə bilməz. Ziyalıların da elm adamlarından fərqliliyi bundadır. Elm adamları öz zamanının naliyyəti ilə mövcud olduğu halda ziyalı zamanları, əsrləri öz ziyasının nuru ilə aşa bilir. Elmin sərhədləri təqdimatından kənar çıxa bilmədiyi halda ziya heç zaman buxovlana bilməyən azad düşüncə nuruna təminatçıdır. Bu reallığı bu gün böyük qürur hissi ilə qeyd etdiyimiz Cümhuriyyət gününün varlığında daha aydın görə bilirik.
Azərbaycan ziyalılarının 105-il öncə Şərqin ilk Demokratik Respublikasını qurmaq düşüncəsi parlaq bir ziyanın nəticəsi olaraq azad və həmişəyaşar nuru Azərbaycana bəxş etdi. Elə bir nur ki, hər növ məhdudiyyətlər yaşasa da qəlblərə saçan ölümsüzlük sənədi ilə yenidən parlayacaqdı.
Tarixin ölümsüz ziyalılarının Azərbaycanı dövlətə çevirən Respublika gününün nurunda bütün xalqımızı təbrik edirik. Müstəqillik bayramımız mübarək.
 
Müsəlman Birliyi Hərəkat.