Keçmiş Gəncə məhbusu Şahin Verdiyev 25 noyabr tarixində Pentensiar Xidmətin Bakıdakı Müalicə Mərkəzinə köçürülüb.
Pentensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasındakı xəstəxanasında müalicə alan Şahin Verdiyevin ötən gün qəfil səhhətində ciddi problem yaranıb. Bu barədə Şahin Verdiyevin anası Seminarə Cəfərova “Məlumat” İnformasiya Agentliyinə danışıb:
“Şahinin böyrəkləri soyuqlayıb. Böyrəyindən dəhşətli ağrılar tutub. Dəfələrlə ağrıkəsici vurublar, amma effekt verməyib. Dünən qəfil qıcolması tutub, vəziyyəti ağırlaşıb.
2018-ci ildə "Gəncə işi" ilə bağlı həbs ediləndə Sahinə polis idarəsində günlərlə vəhşicəsinə işgəncələr veriblər. Şahini hər gün bir neçə dəfə özündən gedənə qədər toka verirmişlər. Başına torba keçirib, başını suya soxub boğurmuşlar. Şahinin başına o qədər vurublar ki, başında şişlər əmələ gəlib. Aradan 5 il keçib, hələ də oğlum sağalmır. Həbsdən çıxandan sonra Gəncədəki Psixiatriya Xəstəxanasında uzun müddət müalicə aldı. Təzəcə sağalıb özünə gəlirdi ki, bu ilin martında gecə işdən evə gələrkən polislər oğurlayıb aparıblar. Gəncə polis idarəsinin Qızılbaş Şahin, Ramin, Elşən adlı əməkdaşları oğluma işgəncə veriblər. Ramin oğlumun birinci həbsində də işgəncə vermişdi.
"Gəncə işi"ndə Azərbaycanın qeyrətli oğullarına, günahsız insanlarına verdikləri işgəncələrin mükafatı olaraq adıçəkilən polislərin vəzifəsi böyüdülüb. Dəyişən budur. Başqa heç nə dəyişməyib.
2018-ci ilin iyulunda oğluma polislərin verdikləri işgəncələrdən başında əmələ gəlmiş şişlərin üstünə bu il tutanda təpiklə, yumruqla o qədər vurublar, Şahinin bütün əsəbləri pozulub və bütün sağlamlığını itirib. Deyirmişlər ki, başındakı şişin üstünə vur, qoy ölsün. Oğlumun başına, sifətinə o qədər yumruq, təpik vurublar 3 dişi qırılıb.
Əlimizdə oğlumun maşınına onu saxlayan polislərin narkotik qoyduğunu sübut edən videogörüntülər var əlimizdə, amma xeyri yoxdur. Oğlumu 9 aydır narkotiklə şərləyərək əlimdən alıb zindana salıblar. Mən xəstə, yaşlı ana, tək oğlumun dalınca 9 aydır sürünürəm zindan yollarında. Günahım nədir? Oğlumun günahı nədir?”
Qeyd edək ki, Şahin Verdiyev "Gəncə işi" ilə bağlı həbsini bəraətlə bitirib. Onu ikinci dəfə həbsinin Bakıdan sifariş verildiyini isə özünə etiraf edblər.
Azərbaycanda şiə dindarların kütləvi şəkildə həbs edilməsi çərçivəsində keçmiş Gəncə məhbuslarından Alim Yusifov, Araz Həsənov, Kamal Quliyev, Şahin Verdiyev və Mireşqin Seyyidov da həbs edilib.
Şahin Verdiyevin səhhəti ağırlaşıb