Qüdsdə terror törədildi - Ölən və yaralılar var

Noyabrın 30-da səhər saatlarında Qüdsdə terror aktı baş verib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Kanal 9" məlumat yayıb. 

Terrorçular Qüdsün girişi yaxınlığındakı Veyzman küçəsində avtobus dayanacağında dayanan insanlara atəş açıblar. Silahlı insident zamanı 6 nəfər yaralanıb, onlardan biri xəstəxanada vəfat edib. 

Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iki yaraqlı hadisə yerində güllələnib.

Hücumun İsrail Müdafiə Qüvvələri (IDF) və Fələstin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəsin uzadıldığını elan etməsindən bir saat sonra baş verdiyi bildirilir.