Qarabağda atəşkəs pozulub

Ağdam istiqamətində atəşkəs pozulub.

Toplum TV xəbər verir ki, bu barədə mayın 29-da Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, - deyə məlumatda qeyd olunub.