Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb

Roma Papası Fransisk Venesiyaya səyahəti zamanı gəncləri mobil telefondan istifadəni minimuma endirməyə, televizora həddən artıq baxmaqdan imtina etməyə və bir-birləriylə aktiv ünsiyyət qurmağa çağırıb.

Operativtv.com APA-ya istinadən verdiyi xəbərə görə, Roma Papası deyib ki, gənclər özlərinə qapanmamalı, ünsiyyət axtarmalı, Allahın hüzurunu birlikdə yaşamalıdırlar.

Papa qeyd edib ki, gənclər ətraflarındakı hər kəsin başlarının öz cihazlarına qarışdığını, sosial media və video oyunlarına aludə olduğunu hiss edə bilər: “Həyatı öz əlinizə alın. Televizoru söndürün, müqəddəs kitabı açın, mobil telefonu yerə qoyun və insanlarla tanış olmağa başlayın. Mobil telefon kommunikasiya üçün faydalı vasitə olsa da, telefonun şəxsi münasibətlərə mənfi təsir göstərmək potensialında olduğunu yadda saxlayın”.