Mirtofiq Hüseynov yanvarın 18-də 1 saylı İstintaq Təcridxanasından Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Onun əməliyyat ediləcəyi gözlənilir.
Bu barədə onun ailəsi məlumat verib.
Saxlanılan zaman işgəncələrə məruz qalmış inanclının səhhətində ciddi problemlər yaranıb. Məhz əməliyyata olan ehtiyac da bu səbəbdəndir.
Bu gün Müalicə Mərkəzində ailə üzvləri onunla görüşüb və Mirtofiqin narahatlığını onunla bölüşüblər. Ailəsi onun sağlamlığına qovuşacağına ümid etməklə bərabər bu məsələdən nigarançılıqlarını da ifadə ediblər.
Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynov 2022-ci il dekabrın 4-də həbs olunub. Narkotik ittihamı ilə şübhəli bilinən inanclı 2023-cü il dekabrın 27-də 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Mirtofiq Huseynov Azərbaycanda kütləvi həbslərin həyata keçirildiyi ortamda saxlanılıb. İnanclı istintaq dövründə bir çox işgəncələrə məruz qalıb. Mirtofiq saxta ifadəyə imza atmağa məcbur edilsə də, inanclı bundan imtina edib. İşgəncə nəticəsində Mirtofiq Huseynovun qarın nahiyəsində yırtıq əmələ gəlib ki, məhz Müalicə Mərkəzinə köçürülməsi də bu səbəbdəndir.
Mirtofiq Hüseynov Müalicə Müəsisəsinə köçürülüb