Məscidə valideyni ilə gələn uşaq “məcbur edilr”, ancaq İsrail Prezidentinin qarşılanma mərasiminə çıxarılanda məcbur edilmir?

1 iyun uşaqların müdafiə günü ərəfəsində bayaq mediada yayımlanan kadrlar həqiqətdə təəccübə səbəb olmaya bilməzdi. Ölkəmizə səfərə gələn İsrail Prezidentinin qarşılanma mərasimində azyaşlı uşaqlar hava limanının ərazisinə gətirilmişdi. Azərbaycana müxtəlif dünya ölkələrinin liderləri rəsmi və ya qeyri-rəsmi səfərlərdə olublar. Rəsmi qarşılanma mərasimləri geniş gormada şəhərin bəzədilməsi və sair səfərin etiket qaydalarına müvafiq icra edilir. Lakin 20-dən artıq yaşı 5-10-arası olan uşaqları hava limanına yığıb əllərinə İsrail bayrağı verərək onlara, mahiyyətini belə başa düşmədikləri İsrail himnini oxutmaq heç bir qanun müstəvisinə sığmır. Hansı hüquq uşaqları siyasətə qurban etmək üçün onları belə sıralamağa icazə verir?! Bir də axı elə İsrail rəsmisinin özünün belə soyuqqanlı yanaşdığı bu uşaqların qarşılanma mərasiminə çəkilərək utanmadan ifaya məcbur edilməsi kənardan da yetərincə eybəcər görünür. Əlavə olaraq qanunla da uşaqların istismar olunaraq belə tədbirlərdə iştirakı yolverilməzdir. Bunu kimlərəsə, hansısa bir formada qıcıqverici olaraq gösrətmək marağı ilə gerçəkləşmək kimi düşünınlərə hadisəyə bir bu tərəfdən də baxmağı tövsiyə edirik.

Bu gün İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Qarşılanma mərasimində azyaşlılardan ibarət 20-yə yaxın uşaq hava limanında əllərində İsrail bayraqları yelləməklə o ölkənin himnini ifa edərək özlərinin də nə üçün burada olduqlarını bilmədiyi tədbirdə iştirakları gerçəkləşdi...

Bu da diqqətdən kənar qalmasın! Əgər ata öz azyaşlı uşağı ilə məscidə gələrsə, bu uşağın iradəsinin ziddi olaraq məcburiyyət sayılacaq və uşaq məscidə buraxılmayacaq. Hətta bəzən valideyni də cəzalanacaq dərəcədə iş ciddiləşə bilər. Yox əgər uşaq təbii ki, əsla o ərazilərə ailə üzvlərindən kimisənin buraxılmayacağı siyasi tədbirlərə gətirilərsə bu məcburi olmayacaq. Hətta valideyni buna görə mükafatlnacaqda. Günümüzün reallığı belə sadədir.