İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bəzi məscidlərə basqın edib. Nəticədə işğalçılar tarixi Nəsr məscidini yandırıblar.
Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail ordusu Nablus şəhərində bir çox məscidə basqın edib və onları dağıdıb.
İşğalçı İsrail əsgərləri Nablusun Köhnə şəhərindəki tarixi Nəsr məscidini (Zəfər məscidi) yandıraraq yanğınsöndürmə briqadasının yanğını söndürməsinə mane olub.
Bu da alovun geniş əraziyə yayılmasına səbəb olub.
Hadisə şahidləri bildiriblər ki, yanğın imamın otağını tamamilə külə çevirib, məscidin xalçaları və çöl hissəsi də zədələnib.
Qatil İsrail əsgərlərindən ibarət böyük bir dəstənin Nəsr məscidinə basqın etməsinin görüntüləri sosial mediada paylaşılıb.
Nablusun ən əhəmiyyətli tarixi tikililərindən biri olan Nəsr məscidi Roma dövründə kilsə olaraq tikilmiş və 1187-ci ildə İslamın böyük mücahidi Səlahəddin Əyyubinin komandanlığında İslam ordusunun Səlibçilərə qarşı qələbəsindən sonra məscidə çevrilmişdir.
Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi verdiyi açıqlamada İçərişəhərdə məscidlərə edilən basqın və axtarışları və Nəsr məscidinin yandırılmasını pisləyib.
İsrail ordusunun gecə saatlarında şəhərə daxil olaraq Nəsr məscidini yandırdığı və Nablus bələdiyyəsinə bağlı yanğınsöndürmə briqadalarının yanğına müdaxilə etməsinə mane olduğu bildirilən bəyanatda, "İşğalçı qüvvələr əvvəlcədən xəbər vermədən İçərişəhərdə bir çox məscidə basqın edərək içəridə böyük dağıntılar törədiblər." ifadələrdən istifadə edilmişdir.
İsrail əsgərləri tarixi məscidi yandırıblar