İsrail Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq çağırışları rədd edir

Bazar günü İsrail Fələstin dövlətinin “birtərəfli tanınması” ilə bağlı ABŞ-da daxil olmaqla, bir sıra ölkələrin beynəlxalq çağırışlarını rədd edərək, belə bir razılaşmanın yalnız danışıqlar vasitəsilə əldə edilə biləcəyini söyləyib.

Baş nazir Benyamin Netanyahu, Fələstin dövləti ilə bağlı "deklorativ" adlandırdığı qərarını kabinetində müzakirəyə çıxarıb və bu qərar yekdilliklə dəstəklənib.

Bəyanatda yəhudi dövlətinin “fələstinlilərlə daimi razılaşmaya dair beynəlxalq fərmanları qəti şəkildə rədd edir” deyilir.

İordan çayının qərb sahilində və Qəzzada müstəqil Fələstin dövlətinin yaradılması səyləri 2014-cü ildən bəri dayandırılıb.

Lakin beşinci aydır Qəzzada davam edən İsrail-HƏMAS müharibəsi dövründə ABŞ və digər dövlətlər döyüşlərə son qoymaq üçün Fələstin dövlətinin qurulması çağırışlarını təzələyiblər. ABŞ prezidenti Co Bayden isə Səudiyyə Ərəbistanı və digər Ərəb ölkələrinin İsraillə diplomatik münasibətlərini normalşadırması da daxil edilən daha geniş bir Yaxın Şərq sazişinə çağıırış edir.

İsrail Fələstin dövlətinin yaradılmasını rədd edərək bildirib ki, HƏMAS-ın 7 oktyabrında İsrailə şok hücumundan sonra bu tür addım “terrorçuluğa, görünməmiş mükafat və gələcək sülh razılaşmasının qarşısını alacaq”.

Netanyahu “mütləq qələbəyə” nail olana qədər HƏMAS militantları ilə mübarizəni davam etdirəcəyini vəd edib.

 

Amerikanın Səsi