İsrail Dəməşq və ətrafına hava hücumları təşkil edib

Suriya mediası sionist İsrailin gecə saatlarında Dəməşq və ətrafına hava hücumları təşkil etdiyini bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriya mediası paytaxt Dəməşq və ətrafının gecə saatlarında sionist İsrail qüvvələri tərəfindən raketlərlə hədəf alındığını açıqlayıb.

Xəbərdə ən azı bir raketin Dəməşq Beynəlxalq Hava Limanı ətrafına düşdüyü bildirilib.

Suriya Xarici İşlər Nazirliyi raketlərin 1981-ci ildə sionist rejimin ilhaq etdiyi Colan təpələrindən atıldığını bildirib.

Nazirlik qeyd edib ki, Suriya hava hücumundan müdafiə sistemləri raketlərin əksəriyyətini ələ keçirib.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail rejimi Suriyada paytaxt şəhəri və ətrafına zaman-zaman hücumlar təşkil edir.