Fələstinli qaçqınların ilk qrupu Dağıstana gəldi

Fələstinli qaçqınların ilk qrupu  Dağıstana gəlib, 50-yə yaxın adam müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Melikov özünün "Telegram" kanalında yazıb.

Melikov vurğulayıb ki, qaçqınların həyatının təşkili ilə bağlı bütün məsələləri şəxsi nəzarətində saxlayır.