29 April 2025

Millimiz Bolqarıstanda 4 medal qazandı

Savat üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən “World Open Savate” turnirində uğurla çıxış edib.

Azərbaycan Savat Federasiyasından verilən məlumata görə, Ağamirzə Mahmudbəyli (30 kiloqram) ilə Üzeyir Məsimov (36 kiloqram) kadetlər arasında təşkil olunan yarışda müvafiq olaraq, qızıl və bürünc medal qazanıblar.

Beyrək Bağırov (80 kiloqram) və Sənan Babazadə (+85 kiloqram) isə gümüş mükafat əldə ediblər.

Dünyanın ən uzun Quran nüsxəsi

İmam Hüseyn (ə) hərəminə dünyanın ən uzun əlyazma Qurani-Kərim nüsxəsi hədiyyə edilib.

Hədiyyə Bəhreyndəki əl-Mühərrək İntnellektual və Mədəni İncəsənət Mərkəzi tərəfindən verilib.

Sözügedən nüsxəsinin uzunluğu 1 250 metndir və o, dünyadakı ən uzun əlyazma Quran nüsxəsi hesab edilib.

Dünyada daha çox insanın Quran tanış olması, onun barsəində eşitməsi üçün isə bu rekord Ginnesin Rekordlar Kitabında da qeydə alınıb.

Vəkil: Tofiq Yaqublu yaddaşını itirir

Vəkil Nemət Kərimli həbsxanada 29 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaddaşını itirdiyini bildirir. 

Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial media hesabında yazıb. 

O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb. 

“Amnesty International”: Ötən il Azərbaycanda insan haqları sahəsində kəskin çöküş baş verib

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində “kəskin çöküşün” baş verdiyini deyir. 

Bu barədə təşkilat ötən ilə dair hesabatında qeyd edib. 

Hesabatda ölkədəki siyasi azadlıqlara, jurnalist və fəalların həbsinə, təcridxanalarda zorakılıq hallarına, habelə Ermənistanla aparılan sülh razılaşmasının danışıqlarına toxunulub. 

Netanyahunun Azərbaycana səfəri yolverilməzdir

İsrail Baş naziri Benyamin Netanyahunun mayın 8-də Bakıya səfər edəcəyi ilə bağlı xəbərlər kütləvi informasiya vasitələrində yayılmaqdadır. Rəsmi təsdiq hələ verilməsə də, hər iki ölkənin nümayəndələri bu səfərin planlaşdırıldığını bəyan ediblər. Bu səfərin Azərbaycan üçün hansı müsbət nəticələr doğuracağı yalnız İsrail prizmasından qiymətləndirilə bilər.

ABŞ Yəmənə 7 hava zərbəsi endirib

ABŞ-ın Yəmənin Amran və Səna şəhərlərinə 7 hava hücumu təşkil etdiyi açıqlanıb.

Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Amranın Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib.

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Hindistan-Pakistan sərhədində bu gecə də atəşkəs pozulub

Hindistan ilə Pakistan arasındakı gərginlik fonunda iki ölkə sərhədində atəşkəs artıq beşinci gecədir ki, pozulur.

Heç bir tərəf itkilərin olub-olmaması barədə isə məlumat yaymayıb.

Bu arada “Economic Times” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi xəbərə görə, Hindistan Pakistan üçün hava məkanını və limanlarını bağlamağı nəzərdən keçirir.

Bu gün Xanım Məsumənin (ə) mövlud günüdür

Həzrət Xanım Məsumə (s.ə.) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Bu gün Həzrəti Məsumənin (s.ə.) doğum günüdür. O, müsəlmanların yeddinci imamı İmam Musa Kazımın (ə) qızıdır.

Həzrət Xanım Məsumə (s.ə.) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Günahsız və məsum olduğu üçün ona Məsumə ləqəbi verilib. Əsl adı isə Fatimədir.

Çempionlar Liqası: "Barselona" - "İnter" matçı təxirə salına bilər

Çempionlar Liqasının yarımfinalında keçirilməli olan "Barselona" - "İnter" matçı təxirə salına bilər.

"Daily Express" xəbər verir ki, bunun səbəbi İspaniyada elektrik enerjisində kəsinti olmasıdır.

Milan klubu bu gün İspaniyaya yola düşəcək. Oyunun təxirə salınma riski olduğu üçün italyanların səfəri təxirə düşə bilər.

Tacikistan və Özbəkistan vətəndaşlarına ümrə ziyarəti çətinləşdirildi

Tacikistan və Özbəkistan vətəndaşları Səaudiyyə Ərəbistanına turizm və ya ümrə ziyarəti üçün elektron viza ala bilməyəcək.

Səudiyyə Ərəbistanı hökuməti bu ölkənin vətəndaşlarını elektron turizm vizası almaq hüququndan məhrum edib.

Dövlətin rəsmi eVisa portalı vasitəsilə təqdim edilən elektron vizalar turist səfərləri və kiçik zəvvarlıq (ümrə) üçün nəzərdə tutulurdu.

Pezeşkian: "Münasibətlərimizə xələl gətirmək istəyənlərin təsirinə düşməməliyik"

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfər edib. 

Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və geniş heyətdə müzakirələr aparıb. 

Daha sonra dövlət başçıları mətbuat önünə çıxıb və dövlətlərarası sənədlər imzalanıb. 

Səhhətində ciddi problemlər yaşayan siyasi məhbusun ailəsi məhkəməyə müraciət edəcək

15 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Seyfəddin Şirvanovun səhhətində ağırlaşmalar müşahidə olunur. Ötən ilin payızında infarkt keçirən siyasi məhbus ardıcıl müalicələr alsa da, durumunda ciddi irəliləyiş əldə edilməyib. Hətta ikinci dəfə infarkt riski altında inanclı bir dəfə də Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülərək ciddi müayinələrə alınıb.