28 April 2025

ABŞ-nin tətbiq etdiyi idxal rüsumları dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradıb

ABŞ hökuməti tərəfindən əksər ölkələrdən idxala gömrük rüsumlarının tətbiqi dünya iqtisadiyyatı üçün ciddi problemlər yaradır.

Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin addımları praktik olaraq bütün dünyaya təzyiq göstərmək üçün rüsumlardan istifadə etmək deməkdir ki, bu da dünya ticarəti üçün ciddi risklər yaradır.

 

Report

DSX-nin hərbçisi intihar etdi

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Livan dövləti cənubu qorumaq istəmir

Cəfəri ruhanisi Şeyx Əhməd Qəblən Livan dövlətini “beynəlxalq prioritetlərə” qərq olmaqda və cənubun müdafiəsindən imtina etməkdə ittiham edib. O, deyib ki, öz xalqının ləyaqətini və fədakarlığını heçə sayan bir hökumət Livanın ləyaqətinə layiq deyil.

Şeyx Əhməd Qəblən Livan dövlətini “beynəlxalq prioritetlərə” qərq olmaqda və ölkənin cənubunun müdafiəsindən imtina etməkdə ittiham edib. O, deyib ki, öz xalqının ləyaqətini və fədakarlığını heçə sayan bir hökumət Livanın ləyaqətinə layiq deyil.

Prezident: Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir

Biz (Azərbaycan və İran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.

Tramp: “Zelenski Krımdan əl çəkəcək”

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının tərkib hissəsi olaraq Krımdan əl çəkəcəyini deyib. 

O, bunu aprelin 27-də Vatikanda Papa Fransiskin dəfnindən qayıdarkən jurnalistlərdən birinin sualına cavabında deyib. 

“Krım 12 il əvvəl Obamanın vaxtında olmuş söhbətdir. Bir güllə belə atılmadan [Rusiyaya] təhvil vermişdilər. Məndən Krımı soruşmayın. Gedin Obama və Baydendən soruşun”, - Tramp əlavə edib. 

"Mançester Siti" finala çıxdı

İngiltərə Federasiya Kubokunda finala yüksələn ikinci komanda bəlli olub.

"Mançester Siti" yarımfinalda "Nottingem"ə 2:0 hesabı qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komanda bu raundda ötən gün "Aston Villa"nı 3:0 hesabı ilə üstələyən "Kristal Pelas"la üz-üzə gələcək.

Görüş mayın 17-də keçiriləcək.

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb".

Azərbaycan Respublikasındakı qardaş-bacılarımızı bütün vücudumuzla sevirik

İran İslam Respublikasının Prezidenti Azərbaycan Respublikasına səfəri ərəfəsində bu ölkənin dövlət televiziyasına müsahibə verib. Müsahibəsinin tam mətni aşağıdakı kimidir:

-Əvvəlcə dünənki hadisə ilə bağlı başsağlığı vermək istəyirəm. Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara can sağlığı arzu edirik.

Prezident: Təşəkkür edirəm.

Ayətullah Xamenei : Təhlükəsizlik və ədliyyə vəzifəliləri hər hansı bir səhlənkarlıq və ya qəsdi aşkar etməli, onu qanun-qaydalara uyğun olaraq izləməlidirlər.

Ayətullah Xamenei Bəndər Abbasdakı Şəhid Rəcai limanında baş verən ağrılı yanğın hadisəsində həlak olanların ailələrinə başsağlığı verib, təhlükəsizlik və ədliyyə orqanlarının vəzifəli şəxslərinə bu hadisə ilə bağlı hər hansı səhlənkarlığı və ya qəsdi tam araşdırmağı, aşkar etməyi və qaydalara uyğun olaraq təqib etməyi tapşırıb.

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Ayətullah Məkarim Şirazinin “İmam Əmirul-möminin (ə) risaləti” kitabının ingiliscə tərcüməsinin təqdimat mərasimi keçirilib

Ayətullah Məkarim Şirazinin videomüraciəti ilə keçirilən tədbirdə “İmam Əmirul-möminin (ə) risaləti” kitabının ingiliscə tərcüməsinin birinci cildinin təqdimatı olub.

Ayətullah Məkarim Şirazi mesajında ​​bu əsərin ingilis dilinə tərcümə edilməsindən və bu möhtəşəm əsərin fars və ərəb dilini bilməyənlər üçün əlçatan olmasından məmnunluğunu ifadə edərək, Nəhcül-Bəlağənin Qərb dünyasının xeyrinə təklif olunan qiymətli inci dənizi olduğunu qeyd edib.

Sülh, yoxsa müharibə? Əbdül Nasir və Qəddafi arasında gizli Fələstin söhbəti üzə çıxdı

Keçmiş Misir prezidenti Camal Əbdül Nasir və Liviya lideri Müəmmər Qəddafi arasında 1970-ci illərdə gizli görüşün təfərrüatları illər sonra ortaya çıxan səs yazısında yayımlanıb.

Görüşdə ərəb dünyasının İsraillə necə davranacağına dair iki lider arasında dərin fikir ayrılıqlarına diqqət çəkilir.

ABŞ Yəməndə miqrantların olduğu həbsxanaya zərbə endirib, azı 30 nəfər ölüb

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində yerləşən, eyniadlı vilayətin inzibati mərkəzi olan Səda şəhərinə aviazərbələr endirib.

Bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, bombardmana xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlandığı cəzaçəkmə müəssisəsi məruz qalıb.

Aviazərbələr nəticəsində azı 30 nəfər ölüb.