26 April 2025

“İmamoğlu işi” ilə bağlı daha 47 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində daha 53 şübhəlinin saxlanılmasına qərar verilib. 

Bununla bağlı keçirilən yeni əməliyyat zamanı İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa, eləcə də Əkrəm İmamoğlunun xüsusi katibliyinin müdiri Kadriye Kasapoğlu da daxil olmaqla, 47 nəfər saxlanılıb. Şübhəlilərin ev və iş yerlərində axtarışlar davam edir.

Şeybani: Suriya heç vaxt İsrail üçün təhlükə olmayacaq

Colani hökumətinin xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında silahlı qrupların hökmran olduğu Suriyanın heç vaxt İsrail rejimi üçün təhdid olmayacağını bildirib.

 Colani hökumətinin xarici işlər naziri Əsəd Əl-Şeybani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edərək, hərbi qruplaşmaları birləşdirdiklərini və qruplaşmalar dövrünə son qoyduqlarını iddia edib.

Səudiyyə Ərəbistanı şiələrə münasibətdə həmişə ayrı-seçkilik edib

Pakistandakı Vəhdəti Müsəlmanlar Məclisinin (MWM) liderlərindən biri Səudiyyə Ərəbistanının şiələrə qarşı ayrı-seçkilik rəftarını və Əllamə Qulam Həsən əl-Vicdaninin həbsini tənqid edərək, din xadiminin dərhal azad edilməsini tələb edib və Pakistan Xarici İşlər Nazirliyindən məsələnin diplomatik yollarla həllini tapmasını istəyib.

Xanım Zeynəb (s.ə) Ziyarətgahında təmir işləri aparılır

 Suriyada Dəməşq şəhərində Xanım Zeynəbin (ə.s) mübarək Ziyarətgahında təmir işləri aparılır.

Bir həftə öncə başlamış təmir işləri çərçivəsində ziyarətgahın həyətində sınmış mərmərlər dəyişdirilir.

Məlumata görə, hərəmin ətrafında yerləşən dəhlizlərdəki bəzəklər və naxışlar bərpa edilir, eləcə də idarə otaqlarının taxta qapıları təmizlənir və təmir olunur.

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

Pakistan ordusu ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Bannu dairəsində keçirdiyi antiterror əməliyyatı zamanı ən azı altı silahlını zərərsizləşdirib, daha dörd nəfər isə yaralanıb.

Bu barədə "Geo TV" telekanalı Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Komandanlığına (ISPR) istinadla məlumat yayıb.