21 April 2025

Qəzzada jurnalistləri qətliamı rekord həddə çatıb

İsrail Qəzza zolağında mövcud həqiqətləri ifadə edən səsləri susdurmaq cəhdi ilə müharibənin davam etdiyi bir il yarımdan çox müddət ərzində jurnalistlərin öldürülməsi ilə bağlı yeni rekorda imza atıblar.

Açıqlanan statistika Qəzzada şəhid olan jurnalistlərin sayının I və II Dünya Müharibələrində, eləcə də Rusiya-Ukrayna və Vyetnam müharibələrində həyatını itirən jurnalistlərin ümumi sayından çox olduğunu göstərir.

İsrail Suriyadan çıxan deyil – Baş Qərargah Rəisi

İsrail ordusu Suriyanın cənubunda yerləşən və “təhlükəsizlik bufer zonası” adlandırılan bölgədəki hərbi varlığını gücləndirir. İsrail Baş Qərargah Rəisi Eyal Zamir, bazar günü həmin bölgədə yerləşən işğalçı qüvvələrə baş çəkərək müdafiə və hücum əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqlədiyini açıqlayıb.

Zamir səfər zamanı bəyan edib ki, “Bu bölgə həyati əhəmiyyət daşıyır. Suriya parçalandığı üçün girdik və əsas mövqeləri tuturuq. Strateji baxımdan bu nöqtədən hər şeyi müşahidə edə bilirik.”

Rustaveli prospektində aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb

Parlamentin qarşısında aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb. 

Məlumata görə, ərazidən bir neçə nəfər polis tərəfindən aparılıb, lakin onların saxlanılıb-saxlanılmadığı hələlik məlum deyil.

Bundan əvvəl polis qüvvələri aksiya iştirakçılarından yolun hərəkət hissəsini boşaltmağı tələb edib, lakin vətəndaşlar bu tələbi yerinə yetirməkdən imtina ediblər.

Roma Papası vəfat edib

Roma Papası Fransisk vəfat edib.

Bu barədə Vatikan məlumat yayıb.

Roma Papası 89 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib

Qeyd edək ki, fevralın 14-də Papa Fransisk bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və bir neçə dəfə süni nəfəs aparatına qoşulub.

İsrail Fransanın 27 deputat və məmurunun vizalarını ləğv edib

İsrail Daxili İşlər Nazirliyi 27 Fransa rəsmisi üçün giriş vizalarını ləğv edib.

İsrail mətbuatı xəbər verir ki, 27 nəfərin daha əvvəl Fransanın Qüdsdəki Konsulluğunun dəvəti ilə 5 gün müddətinə Fələstin-İsrail bölgəsinə səfər etmələri planlaşdırılan solçu millət vəkilləri və yerli rəsmiləri olub. 

Bununla belə, gediş tarixindən iki gün əvvəl müvafiq şəxslər vizalarının ləğv edildiyi barədə bildiriş alıblar.

Ayətullah Cavadi Amuli: Zəvvarların Allahla əlaqəsi tövhidin təzahürü, onların bir-biri ilə əlaqəsi isə birlik və həmrəylik əlamətidir

Ayətullah Cavadi Amuli: Əgər İslam ümməti bu iki əsas prinsipi, yəni tövhid və vəhdəti qoruyub saxlasa, üstünlük və tərəqqi yolu açılar.

“İran həm coğrafiyası, həm də tarixi ilə böyük bir ölkədir, hər guşəsi sivilizasiya, elm və mədəniyyət abidəsidir. Əgər həqiqiliyimizi qorusaq, danışıqlarda və xarici siyasətdə zəif olmayacağıq.”

Rejimin qəhrəmanlara qarşı nifrəti

Hər bir xalq öz qəhrəmanları, onun tarixini şanlı səhifələrə həkk edən igidləri ilə qürur duyur. Zamanla əbədiləşən bu şəxslər bir ölkənin, bir millətin hansı özəlliklər, dəyərlər müstəvisində formalaşmasını özündə ehtiva edir. Keçmişdən bu günə düşüncəmizdə yaşatdığımız qəhrəmanların həqiqəti bu gün Azərbaycan adlı dövlət, üç rəngli bayrağı ilə ölümsüzdür.