20 April 2025

Dünyanın ən kiçik Quran nüsxəsi

Tacikistanın Milli Kitabxanasından unikal Qurani-Kərim nüsxəsi saxlanılır.

Həmin nüsxənin çəkisi cəmi 1,6 qram, uzunluğu 1,8 sm, eni isə 1,2 sm-dir.

O, 292 səhifədən ibarətdir və hər səhifə 12 sətrdən ibarətdir.

Mütəxəssislərin fikrincə, sözügedən nüsxə ötən əsirn əvvəlində Kazanda (Rusiya, Tatarstan) çap edilib.

"Gəncə" qələbə qazandı

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilir.

Bu gün bir qarşılaşma olub.

"Gəncə" evdə "Şəki"yə 94:71 xal hesabı ilə qalib gəlib.

Rəqiblərin ilk oyununda "Şəki" qalib gəldiyindən (85:84) növbəti mərhələyə çıxacaq komandanı müəyyənləşdirmək üçün üçüncü matç keçiriləcək. Bu cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.

 

 

Fərid İsmayılov: “Tofiq Yaqublunun cəzasını çəkməyə hazıram”

“Toplum TV işi“ üzrə həbs olunan jurnalist Fərid İsmayılov 20 gündür aclıq aksiyası edən Tofiq Yaqubluyla bağlı ictimaiyyətə və Azərbaycan hakimiyyətinə müraciət edib.

F.İsmayılov bildirib ki, jurnalist olaraq Tofiq Yaqublunun məhkəmə proseslərini dəfələrlə monitorinq edib və ictimailəşdirib.

Əkrəm İmamoğlu TRT-ni boykot etməyə çağırıb

Silivridə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu TRT-ni “baş prokurorluğun xəbər agentliyi” adlandıraraq tənqid edib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu TRT və Anadolu Agentliyinin yayım siyasətinə sərt reaksiya verib və boykot çağırışı edib.

BMT-nin son hesabatı: “Qəzza humanitar fəlakətin astanasındadır”

"Son 24 saatda biri əlil olmaqla 15 uşaq qaçqın düşərgələrinə endirilən hava hücumları nəticəsində həyatını itirib. Bu statistika Qəzzada uşaqların mübarizə apardığı faciənin yalnız bir hissəsidir", - UNICEF-in icraçı direktoru deyib.

Birləşmiş Millətlər Təşkilatı son hesabatında Qəzza zolağında humanitar vəziyyətin pisləşməsinə diqqət çəkərək, “Bölgə qida, təmiz su, sığınacaq və tibbi xidmətlər baxımından ciddi qıtlıqla üzləşib” deyib.

Sosial medianı silkələyən prezident seçkiləri

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və prezidentliyə namizəd Əkrəm İmamoğlu, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş və Zəfər Partiyasının başqanı Ümit Özdağın, prezident və AKP lideri Ərdoğanın yer aldığı “dəmirbarmaqlı” seçki bülleteni sosial medianı silkələyib.

2014 və 2018-ci il prezident seçkilərində HDP-nin namizədi olmuş Səlahəddin Dəmirtaş 2016-cı ildən həbsdədir.

ABŞ-ın Yəmənə hücumunda türk gəmisi də zədələnib

Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyindən alınan məlumata görə; Aprelin 17-də axşam saatlarında Yəmənin Ənsarullah hərəkatının nəzarətində olan Hudeydə sahilindəki Ras İsa neft terminalına ABŞ tərəfindən həyata keçirilən hücumda qəlpə parçaları türk şirkətinə məxsus yanacaq daşıyan gəmiyə də dəyib.

Gəmiyə ciddi ziyan dəyməsə də, hücumdan sonra limanı tərk etmək istəyən gəmiyə limana nəzarət edən qrup icazə verməyib.

Maraqlı təşəbbüs – səyyar məscid

İndoneziyanın paytaxtı Cakarta şəhərinin sakini maraqlı təşəbbüslə çıxış edib.

Şəhər sakini Sutikno şəhərdə avtomobillərin hərəkətinin sıx olduğu və tez-tez tıxacların yarandığı üçün namazlarını vaxtında qılmaqda çətinlik çəkdiyini deyib.

O, bu problemli həll etmək üçün maraqlı bir addım atıb – öz mikroavtobusunu “məscidə” çevirmək qərarına gəlib.

“Bavariya” rəqibini darmadağın edib

“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

Münxenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər.

“Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.