19 April 2025

La Liqa: “Barselona” “Selta” üzərində əzmkar qələbə qazanaraq “Real”la xal fərqini 7-yə çatdırıb

İspaniya La Liqasının 32-ci turunda “Barselona” “Selta”nı qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

62-ci dəqiqəyədək 1:3 gerida olan Kataloniya təmsilçisi dörd dəqiqə ərzində hesabı bərabərləşdirib, 90+8-ci dəqiqədə isə Rafinya penalti zərbəsi ilə qələbə qolunu vurub.

Romada İran-ABŞ danışıqlarının II raundu başa çatıb

Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatdı.

Danışıqlara birinci rauntda olduğu kimi bu dəfə də İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik etdi.

Məlumata görə, danışıqların üçüncü raundu gələn həftə keçiriləcək. Mətbuatda tərəflərin birinci görüşündən sonra səsləndirdikləri fikirlər ilk görüşün perespektivli olduğunu söyləməyə əsas verir. 

Yüzlərlə tələbənin vizası ləğv edildi: Səbəb Fələstindir!

ABŞ rəhbərliyi qanun qaydalarını nəzərə almadan Fələstinə dəstək verən universitet tələbələrinin vizalarını ləğv edib.

ABŞ prezidenti Donald Tramp administrasiyası Fələstinə dəstək nümayişlərində iştirak edən 1000-dən çox əcnəbi tələbənin hüquqi statusunu, vizasını və yaşayış icazəsini ləğv edib.

Yaşamaq təkcə nəfəs almaq deyil

Həyati nişanələr təkcə parlaq görüntülər, rəngarənglik deyil. Biz bəzən canlı, həyatda nəfəs alıb həqiqətdə ölülərə çevrilmiş çoxsaylı insanları müşahidə etdiyimiz halda dünyada olmadan belə fikirləri, ideaları insanlığa töhfə verən diriləri görə bilərik. Quran bu barədə incə bir yanaşma sərgiləyərək bəzi insanları yaşıl, kökü torpaqdan ayrılıb nəyəsə söykənərək canlı görünən, lakin həqiqətdə heç bir perespektivi olmayan ağaclara bənzədir.

Cinsi zorakılıqda təqsirləndirilən şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir

"Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura olaraq bildiririk ki, sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Yəmən: ABŞ-ın “Vinson” təyyarədaşıyan gəmisi ilk dəfə hədəfə alınıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Sənada toplaşan böyük izdiham qarşısında çıxış edərək, ABŞ-ın bölgədəki hərbi varlığına cavab olaraq həyata keçirilən son əməliyyatlar haqqında məlumat verib.

Səri, Yəmən raket birliklərinin İsrailin işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanı ətrafındakı bölgəni "Zülfikar" ballistik raketi ilə hədəfə aldığını açıqlayıb.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”

“Mənim məhkəməm bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm!”.

Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ictimaiyyətə ünvanladığı məktubun üçüncü - sonuncu hissəsi yayımlanıb.