Suriyada nağd pul böhranı: Əhali gündəlik tələbatını qarşılaya bilmir
Suriyada hökumətin nağd vəsaitin çıxarılmasına tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkə vətəndaşları kəskin nağd pul çatışmazlığı ilə üzləşiblər.
Bu barədə Fransanın “France 24” telekanalı məlumat yayıb.
“Likvidlik (nağd pul) böhranı hakimiyyəti nağd pulların çıxarılmasını sərt şəkildə məhdudlaşdırmağa vadar edib, nəticədə əhalinin böyük əksəriyyəti gündəlik tələbatını qarşılamaqda çətinlik çəkir”, – deyə telekanalın reportajında qeyd olunur.