17 April 2025

Şok iddia: İsrail İranı vuracaqdı, lakin Tramp bunu rədd etdi!

ABŞ mətbuatında yer alan iddialara görə, Ağ Evdə İsrailin baş naziri Netanyahunun aylarla davam edən planları rədd edilib. ABŞ prezidenti Tramp İrana qarşı hücum planını rədd edib. Milli Birlik Partiyasının lideri Benni Qantz İsrailin İranın nüvə obyektlərinə hücum planını dayandırması ilə bağlı xəbərlərə münasibət bildirib. “Böyük müttəfiqimiz ABŞ-la sıx əməkdaşlıq edərək, Yaxın Şərqi dəyişməyin vaxtıdır” deyən o, “İsrail İrana zərbə endirməlidir” deyib.

İsrailin müdafiə naziri Qəzza, Livan və Suriyada qeyri-müəyyən zamana qədər qalacağını açıqlayıb

Qərar atəşkəs və qalan girovları azad etmək üçün Həmas ilə danışıqları daha da çətinləşdirə bilər.

İsrailin müdafiə naziri İsrael Katz çərşənbə günü bildirib ki, İsrail ordusu Qəzza zolağı, Livan və Suriyada qurduğu "təhlükəsizlik zonaları"nda qeyri-müəyyən müddətə qalacaq.

Keçmişdən fərqli olaraq, ordu təmizlənmiş və ələ keçirilən əraziləri boşaltmır”, - Katz bildirib.

“Suriya ilə bağlı narahatlığımız öz təsdiqini tapdı”

İranın keçmiş xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib ki, Suriyada baş verənlər İranın keçmiş narahatlıqlarında və Bəşər Əsəd hökumətini dəstəkləməsində haqlı olduğunu göstərir.

İranın keçmiş xarici işlər nazirinin müavini Səid Xətibzadə İraq Kürdüstan Regional Rəhbərliyində (KRH) keçirilən Süleymaniyyə Forumunda Suriyadakı vəziyyətlə bağlı qiymətləndirmə edib.

Rusiya Dnepri vurub, ölənlər var

Aprelin 16-da Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərinə Rusiyanın dron hücumunda biri uşaq olmaqla 3 nəfər öldürülüb, azı 30 nəfər xəsarət alıb.

Xəsarət alanlardan üçü uşaqdır, beşi xəstəxanaya yerləşdirilib.

Hücum bir neçə yerdə yanğına, dağıntılara səbəb olub.

AzadlıqRadiosu Ukrayna rəsmilərinin dediklərini təsdiqlədə bilməyib.

“Qərb dağılır, Avropa Çin və Rusiyaya doğru itələnir, nüvə təhlükəsi geri qayıdır”

İnvestisiya nəhəngi JPMorgan-ın baş direktoru Ceymi Dimon ABŞ prezidenti Donald Tramp administrasiyasının aqressiv xarici siyasətindən narahatdır. Dimon ticarət müharibələrinin uzun müddət davam edən hərbi və iqtisadi ittifaqları zəiflədə biləcəyindən və bu prosesdə Avropanın Çin və Rusiya kimi rəqib güclərə yaxınlaşa biləcəyindən narahatdır.

İngiltərəyə səfər edən İsrailin xarici işlər naziri üçün həbs qərarı tələb edilib

Böyük Britaniyaya qəfil səfər edən İsrailin xarici işlər naziri Gideon Saarın təcili həbsinə order verilməsinə cəhd edilib.

Qəzzada müharibə cinayətləri törədən İsrail əsgərlərinin izinə düşərək onların milli və beynəlxalq davalarda mühakimə olunmasını hədəfləyən Böyük Britaniyada fəaliyyət göstərən Qlobal Hüquq Fəaliyyət Şəbəkəsi (GLAN) və Belçikada yerləşən Hind Rəcəb Fondu təşəbbüslə bağlı birgə yazılı açıqlama verib.

"ABŞ-nin tarifləri heç bir mənası olmayan rəqəmlər oyunudur" - Çin XİN

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Çin mallarına həddindən artıq yüksək tariflər tətbiq etmək planlarını heç bir real iqtisadi əhəmiyyəti olmayan “rəqəmlər oyunu” adlandırıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Biz müvafiq açıqlamaları nəzərə almışıq: “245% rəqəmi haradan gəldi, siz Amerika tərəfindən soruşun", - bəyanatda deyilir.

Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib.

Boksçu Fərid Sadıqov dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb

Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.

Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.

Hacı Zülfüqar Mikayılzadə azadlığa qovuşub

Aprelin 16-da Quran hafizi, ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə Moskvada məhkəmə önünə çıxarılıb. Barəsində dini ayrı-seçkilik yayma, ixtişaş və qarşıdurmaya təhrik etmə kimi ittihamlar irəli sürülmüş ilahiyyatçı 15 noyabr 2024-cü ildə Moskvada saxlanılmışdı. Şikayətçi tərəf Azərbaycan olaraq Hacı Zülfüqarın qeyd edilən ittihamlar əsasında həbs olunaraq Azərbaycana ekstradisiya olunması ilə bağlı Rusiya dövlətinə müraciət etmişdi.

Əfqan Sadıqov azadlığa buraxılıb

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqov aprelin 16-da azadlığa buraxılıb.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib. 

Gürcüstan qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə həbsin maksimum müddəti 9 ay təşkil edir. 

Əfqan Sadıqov üçün bu müddət 2025-ci il mayın 3-də başa çatırdı.