15 April 2025

Netanyahunun oğlu Makronu Fələstini tanımaq planlarına görə tənqid edib

Fransa prezidenti Emmanuel Makron tezliklə Fələstin dövlətini tanımaq niyyətində olduğunu açıqlayıb.

İsrailin baş nazirinin oğlu Yair Netanyahu Fransa prezidenti Emmanuel Makronun X sosial media platformasında iki dövlət həlli ilə bağlı sözlərinə sərt reaksiya verib.

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu, Parisin iyun ayında Fələstin dövlətini tanımağı planlaşdırdığını dedikdən sonra Fransa prezidentini tənqid atəşinə tutub.

Ağırlıqqaldıranımız Avropa çempionatında 3 medal qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

Atletimiz birdən qaldırma hərəkətində 138 kiloqram nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kiloqram ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Qəzzada şəhidlərin sayı 51 minə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 17 nəfər artaraq 51 minə çatıb.

Qəzzada Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 17 şəhid və 69 yaralı xəstəxanalara çatdırılıb.

Ayətullah Xamenei: Mən ABŞ-a etibar etmirəm

İran İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xamenei ötən şənbə günü Omanda keçirilən Tehran-Vaşinqton nüvə danışıqları ilə bağlı açıqlamalar verib.

Danışıqları şərh edən Ayətullah Xamenei “ABŞ ilə nüvə danışıqları ilə bağlı həddən artıq optimist və ya pessimist olmadığını”, lakin Vaşinqtona etimadsızlığını davam etdirdiyini bildirib.

4 Orta Asiya dövləti Türkiyəni “işğalçı” elan etdi

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanıdılar.

Bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələrinin əks-sədası davam etməsi fonunda baş verib.

"Atletiko" geri düşdüyü matçda qələbə qazandı

İspaniya La Liqasında 31-ci tura yekun vurulub. 

Turun son matçında “Atletiko” öz meydanında "Valyadolid”i qəbul edib. 

Qapısında erkən qol görməsinə baxmayaraq, Madrid klubu yekunda əzmkar qələbə qazanıb. 

“Atletiko” - “Valyadolid” - 4:2
Qollar: Mamadu Silla, 21 (0:1), Yulian Alvarez, 25-pen., (1:1), Culiano Simeone, 27 (2:1), Xavyer Sançes, 56 (2:2), Yulian Alvarez, 71-pen., (3:2), Aleksander Serlot, 79 (4:2)

Baxçali: İmamoğlu ilə bağlı məhkəmə prosesi təcili yekunlaşmalıdır

Baxçalı, "CHP sədrinin özünü idarə etmə qabiliyyətini itirdiyi, siyasi namusunu heçə saydığı, cəsarətini cəhalət və həyasızlığından götürdüyü açıq-aşkar görünür" deyib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Silivridə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı "Məhkəmə prosesləri təcili müzakirə olunmalı və yekunlaşdırılmalıdır" deyib.

Əfqanıstanda məscidin yaxınlığında partlayış baş verib

Əfqanıstanda məscidin yaxınlığında partlayış baş verib.

Terror aktı şiələrin kimpakt yaşadığı ölkənin şimalındakı Bəlx vilayətinin Məzari-Şərif şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

İlkin məlumata görə, partlayış daha əvvəl ərazidə yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində baş verib.

Ayətullah Cavadi Amuli: Uşaqlara belə mərhəmət etməyən sionist rejimin heç bir şeyə inamı yoxdur

Ayətullah Cavadi Amuli bu səhər fiqh dərsində Həzrət Həmzə Seyyid Şühədanın (ə.s) şəhadətinin ildönümü (15 Şəvval) münasibəti ilə İslam Peyğəmbərinin (s) bu böyük səhabəsinin yüksək məqamını izah edib.

O, “Şəhidlərin ağası Həmzə (ə) adi bir insan deyildi. Onun mübarək varlığı təkcə döyüşçü və igid yox, eyni halda vəhy ailəsindən olan müstəsna və müdrik şəxsiyyətdir.”