14 April 2025

Kriptovalyuta bazarında şok! Mantra (OM) cəmi bir neçə saat ərzində dəyərinin 90%-dən çoxunu itirib

Dünən axşam saatlarında kriptovalyuta bazarları tarixi bir çöküşün şahidi oldu. Real dünya aktivlərinin (RWA) tokenləşdirilməsinə yönəlmiş mərkəzləşdirilməmiş maliyyə (DeFi) layihəsi olan Mantra (OM) cəmi bir neçə saat ərzində dəyərinin 90%-dən çoxunu itirdi.

Eniş zamanı 6,30 dollardan ticarət edilən OM 0,37 dollara düşüb. Sonradan bərpa əlamətləri göstərən OM hazırda 0,80 dollar ətrafında ticarət edir.

Bazar dəyəri 6,1 milyard dollardan 650 milyon dollara düşüb

İsveçdəki məscidlərin sayı açıqlanıb

İsveçdə fəaliyyət göstərən məscidlərin sayı açıqlanıb.

Qeyd edilib ki, 2000-ci ildə ölkədə cəmi bir neçə məscid var idi.

Beəl ki, indi İsveçdə təxminən 300 məscid var, əlavə olaraq da hazırda bir neçə məscidin inşası davam etməkdədir.

Müsəlman ibadətgahlarının tikintisi həm müsəlmanlar tərəfndən, həm də İran, Qətər, Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir.

İmamoğlunun həbsinə dair apellyasiya şikayəti rədd edilib

Vəkillərin etiraz ərizəsində “qaçaq şübhəsi” ilə bağlı “sözügedən şəxs İstanbulda yaşayan 16 milyon insanı təmsil edir və keçiriləcək ilk seçkidə Türkiyə Cümhuriyyəti Prezidentliyinə ən güclü namizəddir” ifadəsi işlədilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və İMM Media A.Ş.-nin müdiri Murat Ongunun həbsinə etirazı bazar ertəsi rədd edilib.

İsrail həbsxana gözətçilərinin fələstinli məhbuslarla insanlıqdan uzaq davranışları

Fələstinli məhbuslardan biri bildirib ki, fələstinli məhbusların başlarını zibil qutularına basmaq və başlarına Davud ulduzu çəkmək sionist həbsxana gözətçilərinin əyləncələrindən biridir.

İşğal altındakı İordan çayının qərb sahilindəki sionist rejim həbsxanalarından azad edilən fələstinli məhbuslardan biri Musab Qatavi “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib: “Sionist həbsxana mühafizəçiləri məhbuslara hər gün fiziki və mənəvi işgəncə verirlər.”

Həşdi-Şabinin dağıdılması Amerikanın təxəyyülünün məhsuludur

Nücəbə Hərəkatının İrandakı nümayəndəsinin baş katibi Musəvi Həşdi Şabinin ləğv ediləcəyi xəbərini təkzib edib. Musəvi bəyan edib ki, Həşdi-Şabi İraq Silahlı Qüvvələrinin tərkib hissəsidir, ABŞ və İŞİD-ə qarşı mübarizədə əsas rol oynayır.

İraqdakı Nücəbə Hərəkatının baş katibinin İran nümayəndəsi Abbas Musəvi Həşd Şabinin ləğv ediləcəyi xəbərini təkzib edib.

Musəvi vurğulayıb ki, Həşdi-Şabi İraq Silahlı Qüvvələrinin tərkibli hissəsidir.

Qumda Milli Ziyarət Şurası yaradılacaq

İranın Qum şəhərində ziyarət xidmətlərinin yüksəldilməsi üçün yeni təkmilləşdirici addımlar atılıb. Belə ki, bu günə qədər də Qum şəhərində ziyarətə gələnlər üçün ümumi görüşlər, bir dəfə olmaqla ziyarət hesabına qonaq evində qidalanmaq, hədiyyələr, xütbələr təşkil edən ziyarət turu bu xidmətin daha yüksək tələblərə cavab verməsi üçün yeniləmələr aparır.

Husilər İsraildəki hava limanına və hərbi bazaya zərbələr endiriblər

Husilər Təl-Əvivdəki Ben-Qurion hava limanı və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına raket zərbəsi endiriblər.

"Al-Masirah" telekanalı xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya məlumat verib.

Məlumata görə, hücum iki ballistik raket vasitəsilə həyata keçirilib.