Yəməndən ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinə hücum
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri ABŞ-ın "Harry Truman" təyyarə gəmisi və onu müşayiət edən döyüş gəmilərinin Qırmızı dənizdə raket və pilotsuz təyyarələrlə hücuma məruz qaldığını açıqlayıb.
Əl-Məsirə-nin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Qırmızı dənizin şimalında raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.